"Google"ın rəhbəri Larri Peyc və Erik Şmidt, Titanic filminin rejissoru Ceyms Kameron ilə "X Prise"-ın yaradıcısı Peter Diamandisin meteoritlərdə mədən axtarmaq üçün qurduğu şirkət, dünya orbitinə kosmos teleskopları atmaqla işlərə başlayacaq.
"Planetary Resources" (Planet Qaynaqları) adlı şirkətin səmanı və dünyanı müşahidə etmək üçün göndərəcəyi teleskoplardan əldə edilən məlumatlar fərdi kompüterlərə paylanılacaq.
Dünya xaricində bir ticarət krallıq qurma fikiri uzun vədəli bir proyektdir.
Ancaq yaxın zamanlarda həyata keçirmək istənilən proyekt, meteoritlərdə mədən axtarışı işləri görərək bunların nələrdən meydana gəldiyini anlamağa çalışmaqdır.
Əslində, meteoritlərdəki dəmir, nikel kimi kritik metallardan faydalanmaq uzun müddətdir müzakirə edilən bir mövzu olub.
Lakin yüksək maliyyə tələb etməsi, elmi ekspertliyin əksikliyi, texniki çatışmazlıqlar kimi səbəblərin olması bu proyektlərin həyata keçirilməsinə mane olub.
Ziba Yusifova