Əlaqə Arxiv
news Image
2013.02.23
15:19
| A A A
501 gündə Marsa ziyarət
Movqe.az bildirir ki, 2001-ci ildə Beynəlxalq Kosmos stansiyasını ziyarət edən ilk kosmos turisti olan ABŞ-lı milyoner Dennis Tito (72), 2018-ci ildə qırmızı planet Marsa getməyi hədəfləyir. Titonun, növbəti həftə Vaşinqtonda edəcəyi mətbuat konfransında açıqlayacağı Mars layihəsi mətbuata sızıb. "NBC News'in xəbərinə görə iki nəfərlik qrup meydana gətirəcək Tito, 501 gün davam edəcək səfərlə, Marsa gedib dayanmadan dünyaya geri qayıtmağı planlayır. 2001-ci ildə Dennis Titonuu daşıyan Rus kosmos vasitəsi Soyuz, Beynəlxalq Kosmos Stansiyası ilə birləşmişdi. Səkkiz günlük kosmos səfəri üçün 20 milyon dollar ödəyən iş adamı ilk kosmos turisti olmuşdu.
Sizin Reklam Yeriniz