Əlaqə Arxiv
news Image
2013.02.25
16:30
| A A A
Kimlər xərçəngə tutula bilər?

Hətta müasir tibbi nailiyyətlərin mövcud olduğu bir zamanda  "xərçəng" sözü ölüm hökmü kimi səslənir. Bəs siz xərçəngə tutulma ehtimalınızın olub-olmadığını hardan öyrənə  bilərsiniz?

Amerikalı alimlər belə qənaətə gəliblər ki, xərçəng nəsildən-nəslə ötürülə bilər. Hətta "xərçəng ailə" adlı termin də mövcud idi ki,  sonradan onu "ailə xərçəngi" sözü ilə əvəz etdilər. Əlbəttə ki, xərçəngin birbaşa özü deyil, xərçəng şişlərinin əmələ gəlməsinə zəmin yaradan, genlərdə olan müəyyən mutasiya ötürülür.Ona görə də, əgər  nəslinizdə xərçəngin müəyyən bir növü olubsa, siz risk qrupuna daxilsiniz.

Buna baxmayaraq, təşvişə düşməyə dəyməz.  Xərçəngin bir çox növləri var ki, erkən mərhələdə  aşkar olunarsa, uğurla müalicə olunar. Tez-tez müayinələrdən keçsəniz,  uzun, sağlam həyat şansınız olacaq!






Sizin Reklam Yeriniz