Qaralmaq üçün ABŞ-dan Londona köçdü
Movqe.az xəbər verir ki, ABŞ-lı qaralmaq
xəstəsi Patrisia Krentcil öz ölkəsində bir il müddətində solariumm
salonlarına daxil olma qadağası alıb. Bu müddət ərzində o, Londonda
yaşamağı düşünür. Beş uşaq anası olan qadın ABŞ-da altı yaşlı qızı
Annanı solariuma apardığı üçün "ABŞ-ın ən pis anası" seçilmişdi.
Krentcil ''asılılığım ailəmə böyük utanc yaşatdı. Lakin bu
hobbimdir. Bundan imtina etməyə niyyətim yoxdur. Bəzi insanlar
siqaret çəkir, bəziləri spirt qəbul edir.. Mənim pis vərdişim də
qaralmaqdır. Hər zaman tətildən yeni qayıtmış kimi görünməyi
sevirəm. Mən özümü bəyənirəm'' deyib.