Şəkərin dəriyə vurduğu ziyan
Amerika Birləşmiş Ştatları alimlərinin apardıqları tədqiqatlar nəticəsində məlum olub ki, qida məhsulları dərinin ən çox yayılan problemlərindən olan sızanaqların yaranmasına gətirib çıxara bilər. Şəkər piy vəzilərinin hiperaktivliyinə səbəb olub, maddələr mübadiləsinə fəal təsir göstərir. Alimlərin sözlərinə görə, sızanaqların əmələ gəlməsinə yüksək qlikemik indeksa (qanda şəkərin miqdarını artıran) malik qida məhsulları, əsasən, tərkibində hormonlar olan və dəri xəstəliklərinin yaranma riskini artıran süd səbəb olur.
Tədqiqatçılar bildirirlər ki, yüksək qlikemik indeksa malik olan pivə və ağ çörək dəriyə ən çox neqativ təsir göstərən qida məhsullarıdır. Ən təhlükəsizləri isə günəbaxan toxumu, badımcan, kahı, pomidor və göbələkdir.