Əlaqə Arxiv
news Image
2013.02.26
14:24
| A A A
Avakado orqanizmin sağlam qalmasına kömək edir

Avakadonun xeyri barədə bir çox ölkənin alimləri danışıb. Qidalanma sahəsində araşdırma aparan mütəxəssislər belə qənaətə gəliblər ki, avakado metabolik sindromun inkişaf riskini azaldır.


Nutrition İmpact (ABŞ) şirkətinin əməkdaşları 7il ərzində 17567 yetkin insanın qida rasionunu öyrəniblər. Onlardan 2%-i hər gün avakado yeyirmiş (orta ölçülü meyvənin   təxminən yarısını). Məlum olub ki, bu qrupun iştirakçılarının rasionunda meyvə, tərəvəz, faydalı yağlar, vitamin E və K , maqnezium, kalium çox olduğu halda, şəkər və karbohidratlar azlıq təşkil edib. Digər qruplarla müqayisədə  bu qrupda  artıq çəki probleminə, demək olar ki, rast gəlinməyib. Lipoproteinin səviyyəsi isə artıq olub.


Bu məsələ ilə məşğul mütəxəssislərin fikrincə, avakadonun  metabolik sindrom riskinin azaldılmasında və qidalanmanın keyfiyyətinin artırılmasında çox böyük faydası var.






Sizin Reklam Yeriniz