Əlaqə Arxiv
news Image
2013.02.26
15:48
| A A A
Oteldə çılpaq qaldı

ABŞ-ın Los Anceles şəhərində bir oteldə qalan müştəri otaq xidmətçisinin gətirdiyi yeməkləri yedikdən sonra boşqabı otaq qapısının önünə qoymaq istəyərkən qapının bağlanması nəticəsində nə edəcəyini bilməyib. Movqe.Az-ın məlumatına görə, Otelin təhlükəsizlik kameraları tərəfindən yazılan görüntülər, "YouTube"da qısa müddət ərzində böyük marağa səbəb olub. Adı göstərilməyən bir otel müştərisi, çılpaq halda qapını açaraq boşqabı yerə qoyarkən qapının özbaşına bağlanması nəticəsində çöldə qalıb. Nə edəcəyini bilməyən adam iki əliylə ön və arxa tərəfini tutaraq liftə tərəf qaçıb. Ancaq liftə minən bir qadın və oğlu çılpaq adamı gördükləri zaman çaşıblar. Ana oğlunun gözlərini bağlayıb. Kömək istəyəcək birini tapa bilməyən çılpaq müştəri qəbula qədər gedib kömək istəyərkən insanlar tərəfindən təəccüblü baxışlarla izlənib.

Sizin Reklam Yeriniz