Mozilla, Barselonada təşkil edilən "Dünya Mobil Konqresi"ndə etdiyi şərhlə, yayda mobil əməliyyat sistemi sektoruna addım atacağını bildirib. Movqe.Az-ın məlumatına görə, internet skayneri "Firefox" ilə tanınan proqram şirkəti Mozilla, iyul ayında doqquz ölkədə "Firefox OS" mobil əməliyyat sistemini həyata keçirəcək. "MWC 2013" konqresində etdiyi şərhlə mobil sektorunda "Apple" və "Google"a yeni bir rəqib olaraq meydana çıxan Mozilla, "Firefox OS"nin müvəffəqiyyəti üçün dünya səviyyəsində 18 cib telefonu operatoru və dörd telefon istehsalı ilə çalışdıqlarını açıqlayıb. "Optimus" ardıcıllığıyla telefon bazarında iştirak edən Cənubi Koreyalı elektron mallar istehsalçısı "LG", "Firefox OS"dan istifadə etdiyini bildirsə də, digər Asiya nəhəngi "Samsung", yeni əməliyyat sistemindən istifadə etməyəcəyini qeyd edib.