Əlaqə Arxiv
news Image
2013.02.26
14:47
| A A A
Hipnozla arıqlamaq mümkündür?
Movqe.az xəbər verir ki, İngiltərədə hipnoz üsuluyla mədəsində qandal olduğuna inandırılan Danielle Davies adlı gənc qız düz 36 kilo verib. "Rotherham"da yaşayan 26 yaşlı Danielle Davies üç il əvvəl sevgilisindən ayrıldıqdan sonra fikrini yemək yeməyə yönəldərək 90 kiloya qədər kökəlib. Etdiyi pəhrizllərlə arıqlaya bilməyən gənc qadın, çarəni hipnoz müalicəsində tapıb. Hipnoz mütəxəssisi olan anası Beverley, Daviesin mədəsində qandal olduğuna çox çox yemək yeməməyə inandırıb. 25 dəqiqə davam edən hipnozdan sonra Daviesin iştahı azalmağa başlayıb. Gənc qadın, altı ayda  36 kilo arıqlayıb. Qısa müddətdə bir neçə bədən birdən kiçilən Davies, "Anamın ilk təklifində gülmə böhranına girmişdim. İndi bunun işə yarayacağından şübhə etdiyim üçün özümü bir az təqsirkar hiss edirəm "deyib. "Hipnoz müddətində oyaq idim, amma yuxulu kimiydim. Bir necə saat sonra acmadığımı hiss etdim. Şokolad yerinə ürəyim salat istəyirdi "






Sizin Reklam Yeriniz