Fransız elm adamları tərəfindən aparılan iş, 28 həftəlik körpələrin ana bətnində hecaları ayırd edə biləcəyini məlum edib. Milli Elmlər Akademiyasında nəşr olunan araşdırmada, erkən doğulan 12 körpənin beyinləri araşdırılıb. Movqe.Az-ın məlumatına görə, elm adamları, 28 həftəlik körpələrin ana bətnində qadın və kişi səsini ayırd etmələrindən əlavə, "ga" və "ba2 kimi hecaları da ayırd edə bildiklərini qeyd ediblər. Körpələrin ana bətnində eşitmə qabiliyyətini inkişaf etdirən beyindəki qisim, hamiləliyin 23-cü həftəsində meydana gəlir. Elm dünyasında körpələrin ana bətnində səs-küyləri eşidə bilmə qabiliyyətlərinə sahib olduğu bildirilib və müzakirə mövzusu olan danışma bacarığını qazanma qabiliyyətinin doğuşdan əvvəl yoxsa sonra öyrənildiyi araşdırılır.