Əlaqə Arxiv
news Image
2013.02.27
15:28
| A A A
Dünyanın ən yaşlı qadını

Dünyanın ən yaşlı qadını Yaponiyada yaşayan 114 yaşındakı Misao Okaua olub. "Guinness" dünya rekordlarından bir qrup insan, Osakada yaşayan Okauanı ziyarət edərək ona sertifikat veriblər. Movqe.Az-ın məlumatına görə, mərasim üçün verilən yeməkdən sonra mətbuata müsahibə verən Okaua, uzun həyatının sirrini "sağlamlığına diqqət etmək" olaraq açıqlayıb. Qocalar evində Okauanın tibb bacısı, yaşlı qadının hər nə istəyirsə yediyini bildirib. Rəsmi rəqəmlərə görə Misao Okaua,  martın 5-i 1898-ci ildə doğulub. Misao Okaua gələcək həftə 115 yaşını qeyd edəcək. 

Sizin Reklam Yeriniz