Əlaqə Arxiv
news Image
2017.12.18
09:15
| A A A
18 yaşında milyonçu oldu - FOTO

Müəllimlərinə nifrət edən və milyonçu olacağı təqdirdə məktəbə getməyəcəyi barədə 12 yaşında ailəsi ilə razılığa gələn Erik Finmanın qeyri-adi həyatı hər kəsi heyrətləndirir.

12 yaşında Bitcoini özü üçün E.Finman adlı uşaq 18 yaşında artıq 1 milyon sərvətin sahibi olub.
Movqe.az  qaynarinfo-ya istinadən bildirir ki, 12 yaşında ikən məktəbdəki təhsildən narazı olan Finman ailəsi ilə qeyri-rəsmi müqavilə bağlayır. Belə ki, o, 18 yaşına çatanda öz sərmayəsi ilə 1 milyon dollar qazanacağı təqdirdə universitetə getməyəcəyinə dair onların razılığını alır.

O, müəllimlərinin aqressiv və əsəb pozucu münasibətlərindən bezdiyi üçün bunu etdiyini bildirib. Ailəsi əvvəlcə onun təklifini qəbul etməsələr də, sonradan əlindəki pulu yaxşı bir şəkildə işlətdiyini görüb, razılaşırlar.

Finman, 12 yaşında ailəsinin verdiyi 1000 dolları Bitcoinə çevirir. 2011-ci ildə hər birinin dəyəri 12 dollar olan Bitcoindən 100 ədəd alan Finman 2 il sonra bunun 100 qatını qazanır. 2013-cü ildə dəyəri 1200 dollara yüksələn bitcoinlərini 100 min dollardan baha qiymətə satan uşağın daha sonra atacağı addım isə olduqca qeyri-adidir. Belə ki, "Botangle" adlı şirkət yaradan Finman özü kimi təhsildən və müəllimlərindən narazı olanları ətrafına toplayır. 100 min dollarlıq şirkəti qısa zamanda məşhurlaşır və o risk sərmayəsi tapmaq üçün texnologiyanın qəlbi hesab olunan Silikon Vadisinə üz tutur. Burada qarşılaşdığı ilk insanlardan biri məşhur "Forbes" dərgisinin rəhbəri Stiv Forbes olur.

O, müsahibələrindən birində orada qarşılaşdığı ən böyük probleminin 15 yaşı olduğu üçün ciddi qəbul edilməməsi olduğunu bildirib. Hətta Uber rəsmilərindən birinin onun cəsarətini əzmək və atdığı addımlarının faydasız olduğunu göstərmək üçün əlindən gələni etdiyini də deyib.
 

 


Buna baxmayaraq o, həvəsdən düşmür və şirkətinə 100 min dollar və ya 300 min Bitcoin (təxminən 60 min dollar) qarşılığında sərmayəçi tapır. O, dollarla daha çox pul almaq yerinə 200 dollar dəyərinə düşən Bitcoin təklifini qəbul edir. Onu başda ailəsi olmaqla şirkəti bu şəkildə ucuz qiymətə satdığı üçün tənqid edənlərə bu təklifə satışdan daha çox sərmayə kimi baxdığını söyləyib. Həmin gün aldığı 300 min Bitcoinə digər sərmayələrindən də qazandığı 103 bitcoini də əlavə etməyi bacaran Finman onların hər birinin dəyəri 2500 dolları keçdikdən sonra sərvətini milyon dollara çatdırır.

Daha sonra dünyaca məşhur media şirkətlərindən olan TED-in London filialının da məsləhətçisi olan E.Finman sərmayəsini artırmaqda davam edir.

Hazırda o, NASA-nın yeni roket layihəsi olan ELaNa proqramında məsləhətçi kimi çalışır

Nə məktəbə getdi, nə də işə: elə bir şey etdi ki, 18 yaşında milyonçu oldu - FOTO
Nə məktəbə getdi, nə də işə: elə bir şey etdi ki, 18 yaşında milyonçu oldu - FOTO

Sizin Reklam Yeriniz