Əlaqə Arxiv
news Image
2013.02.28
17:00
| A A A
Kök pişiklər yarışıb

Rusiyanın Yekaterinburgq şəhərində təşkil edilən "Beynəlxalq Pişik Sərgisi"ndə fərqli cinslərə aid 100 kök pişik yarışıb. Movqe.Az-ın məlumatına görə, Berezovski İdman Təsislərində reallaşdırılan sərgiyə paytaxt Moskva başda olmaqla Rusiyanın müxtəlif şəhər və rayonlarından gələn pişiklər də qatılıb. Yarışmanın şərtlərinə görə pişiklərin ağırlıqları 10-12 kiloqram, boyları isə 120-130 santimetr olmalı idi. Pişikləri görmək üçün yüzlərlə insan sərgiyə gəlib. Yarışmanı İriska ləqəbli Sibir cinsi pişik qazanıb. Heyvan baxıcısı Oksana Krutikova, "Sibir pişiyi sahiblərini şüurlu olaraq sevən yeganə pişik cinsidir. Bu pişiklər yumşaq tüklərə sahibdir." deyib. İriskaya münsiflər "Super qəhrəman" adını veriblər. Yarışmada ikinci yeri Eynşteyn ləqəbli pişik, üçüncü yeri isə Şakira və Depeş Mod ləqəbli pişiklər tutub.

Sizin Reklam Yeriniz