Əlaqə Arxiv
news Image
2017.10.20
22:45
| A A A
Evinizi təmizləmək üçün bunlara diqqət edin

Ev təmizliyi qadınların ən çox maraqlandığı məsələlərdən biridir. Bəs haranı, necə təmizləmək lazımdır? Movqe.az ailem.az-a istinadən bununla bağlı sizə lazımlı məsləhətlər verir. 

Yataq otağı üçün təmizlik məsləhətləri

- Yataq dəsti paltarlarınızdan ayrı yuyulmalıdır.

- Evdə kiçik uşaq və ya da ev heyvan varsa, yerləri həftədə 3 gün silmək lazımdır.

- Mebellərinizi təmizləmək üçün mikrofiber çitlərdən istifadə edin. Bu vasitə mebelinizdə cızıq yaranmasının qarşısını alar.
 
Vanna otağının təmizliyi
 
- Vanna otağı dolabçalarını və kafelləri yuyucu vasitə ilə təmizləyin
 
- Diş fırçalarınızı açıqda saxlamaq əvəzinə diş fırçası qabı istifadə edin
 
Mətbəx təmizliyi 

- Evdə jaluzi istifadə edirsinizsə, ayda 1 dəfə təmizləməyiniz kifayətdir
 
- Sobanı təmizləməzdən 20 dəqiqə əvvəl isidin
 
- Mikrodalğalı sobanın təmizliyi üçün sodadan istifadə edin
 
Pərdə və xalça təmizliyi
 
- Pərdələri mütəmadi təmizləməyə ehtiyac yoxdur. İldə bir dəfə parça növünə görə paltaryuyan maşında yumağınız kifayətdir
 
- Xalçadakı çirki təmizləmək üçün xüsusi təmizləyicilərdən istifadə edin.
 
- Evdə heyvan saxlayırsınızsa, 6 ayda bir dərin təmizlik etməyi unutmayın
 
- Pəncərələrinizi günəşli bir gündə silməyin. Çünki gündə şüşəyə vurduğunuz təmizləmə şampunları çox sürətlə quruyur və ləkə buraxır.

Sizin Reklam Yeriniz