Əlaqə Arxiv
news Image
2012.04.26
12:15
| A A A
“Buldoq” cinsli itlər uşaqlara hücum edib

Mövqe.az xəbər verir ki, ABŞ-ın paytaxtı Vaşinqtonda 2 "buldoq" cinsli itin uşaqlara hücum etməsi təhlükəsizlik kamerasına əks olunub. Polis qrupları uşaqlara hücum edən itləri öldürüb. Hadisə cümə axşamı Trinidad bölgəsində baş verib. Avtomobildən tullanan uşaqlar qaçmağa başlayıb. Onların qışqırıq səslərini eşidən Andre Havsorn əlinə bıçaq alıb itləri qovmaq istəyəndə qollarından, bədəninin müxtəlif hissələrindən xəsarət alıb.Havsor öz bıçağı , başqa bir nəfər isə  beyzbol çubuğuyla itləri vurmağa başlayıb. Beləcə itlər hadisə yerindən qaçıb.  Uşaqlar isə heç bir yara almadan xilas ola biliblər.

Əfqanə Məzahirqızı

Sizin Reklam Yeriniz