"Facebook"da böyük günə az qaldı
"Facebook" 7 mart tarixində mətbuat konfransı təşkil edəcək. Movqe.Az-ın məlumatına görə, son vaxtlarda gəlirlərində çətinlik yaşayan "Facebook" özünü mümkün qədər inkişaf etdirməyə çalışır. Tənzimləmələr daxilində "Facebook" keçən aylarda yeni axtarış sistemini tanıtmaq məqsədiylə bir mətbuat konfransı təşkil edib. Şirkət indi də 7 mart tarixində yeni bir mətbuat konfransı keçirmək istəyir. Deyilənlərə görə, "Facebook" yeni xəbər qaynağı üçün bu yığıncağı təşkil edir. Bundan əlavə, yeni "Facebook" yeni reklamlardan istifadə edəcək. "Facebook" bu yeni reklam tətbiqləriylə gəlirlərini artırmaq istəyr.