İnsan gücünü ikiqat artıran geyim - foto - video
Mövqe.az
xəbər verir ki, Almaniyadakı firmalardan birində insan əlinin
gücünü və həssaslığını ikiqat artıran yeni texnologiya məhsulu
olan avtomatik əlcəklər istehsal olunub . Bu məhsul
sayəsində incə sənətkarlıq və güc tələb edən hər bir
sektordan daha çox səmərə əldə olunması hədəflənir.
Esslingendəki sənayeyə nəzarət və avtomatlaşdırma firması olan "Festo"nun təkminləşdirdiyi "ExoHand" adlı avtomatik əlcəklər Hanover ticarət mərkəzində nümayiş etdirilib. Festo mühəndisləri bu əlcək vasitəsilə insan əlinin dözümlülük gücünü artırdıqlarını deyiblər.
Mexaniki bir skeletə bənzəyən ExoHand onu istifadə edən adamın hərəkətlərinə həmin anda reaksiya verən robotla birlikdə işləyir. Robotun barmaq uclarındakı qəbul edicilər "ExoHand"i geyən adamın diqqət və həssaslıq tələb edən işlərini daha asan görə bilməsini təmin edir . Cihazdan elə bu xüsusiyyətinə görə sağlamlıq sektorunda da istifadə edilməsi nəzərdə tutulur.
Əfqanə Məzahirqızı