Yaşadığı qalmaqallarla dünya gündəminə gələn Çin futbolu, pis imicini Devid Bekhem ilə düzəltmək istəyir. Devid Bekhemin bu işdən 50 milyon avro pul qazanacağı bildirilir. Movqe.Az Çin mediasında yer alan xəbərə istinadən bildirir ki, son dövrlərdə futbolda ümidsizlik yaşayan, qalmaqalları ilə çətin günlər keçirən Çin futbolunun beynəlxalq platformada düşən etibarını ingilislərin ulduz futbolçusu Devid Bekhem ilə təkrar yüksəltmək üçün əhəmiyyətli bir addım atılıb. 37 yaşındakı ingilis oyunçu Bekhemin, Çin futbolunun etibarını yüksəltmək və ölkə futbolunu qlobal səviyyədə tanıtmaq üçün "futbol elçisi" seçildiyi qeyd edilib. Xəbərdə Devid Bekhemin, Çin Futbol Federasiyası tərəfindən belə bir vəzifəyə layiq görülən ilk oyunçu olduğuna toxunulub.