Yaponlardan daha bir kəşf
Movqe.az xəbər verir ki, nüvə stansiyalarını
müvəqqəti olaraq bağladıqdan
sonra enerji sahəsində xaricdən
asılı olan bir ölkə halına
gələn Yaponiya, dəniz
altında olan metan
hidratdan təbii qaz əldə
etməyi bacarıb. Alternativ
enerji qaynaqları üzərində
araşdırma aparan Yaponiya,
əhəmiyyətli bir irəliləyişə
nail olub. Tokio, ölkənin
ətrafında yoğun olan
metan hidratdan qazı
əldə etməyi bacarıb.
İqtisadiyyat, Ticarət və
Sənaye Nazirliyindən bir
rəsmi, "Müəyyən bir
miqdarda metan qazı
əldə etməyi bacardıq."
deyib. Ölkənin ətrafındakı
qaynağın, ölkənin 100
illik daxili tələbatını
qarşılayacaq miqdarda olduğu
vurğulanıb. Yaponiya
ekspertləri, metan hidratdan
ilk dəfə qazı
əldə edildiyini də
bildirib. Metan hidrat,
metan və suyun
birləşməsindən əmələ gəlir.
Dəniz təbəqəsinin altında
qatı halda mövcuddur.