Əlaqə Arxiv
news Image
2013.03.12
16:29
| A A A
Dünyanı piyada gəzir

Almaniyada bir il əvvəl başladığı səfərlə dünyanı gəzərək səyahət edən Stefan Meuriş, Somaya çatıb. Movqe.Az-ın xəbərinə görə, dünyanı gəzərək səyahət edən Meuriş, kütləvi nəqliyyat vasitələrindən istifadə etmədən pulsuz bir şəkildə səyahətinə davam etdiyini söyləyib. Somada mətbuat mənsublarının suallarını cavablayan Stefan Meuriş, macəra yaşamaq üçün səyahətə başladığını söyləyərək, "3 min 270 kilometr oldu, təxminən 1 ildir yollardayam. Oteldə qalmıram. İnsanlardan kömək istəyirəm, onlar da kömək edirlər. Xüsusilə türklər çox qonaqpərvərdilər, gülərüzlü və cana yaxındılar. Onlara çox təşəkkür edirəm. Mən daha çox kiçik məskunlaşma yerlərini sevirəm." deyib. Məqsədinin Tibetə getmək olduğunu, ancaq qışı Türkiyədə keçirdiyini söyləyən Meuriş, belə deyib: "Çünki, Tibetə gedən yolda qış çox sərt keçir. Buna görə Somadayam və İzmir, Antalyaya getdikdən sonra Tibetə gedəcəyəm. Tibetdən sonra nə olacaq bilmirəm." 

Sizin Reklam Yeriniz