Yaponiyadakı zəlzələ kosmosdan hiss edilib
Movqe.az xəbər verir ki, elm
adamları, iki il
əvvəl Yaponiyada meydana
gələn Tohoku zəlzələsinin
kosmosdan hiss edilidiyini müəyyən edib.
11 mart 2011-ci ildə
meydana gələn 9 bal
şiddətindəki zəlzələnin atmosferə
səs dalğaları göndərdiyi
və bunun Goce
peyki tərəfindən qəbul
edildiyi açıqlanıb. Həssas
qəbuledicilərə malik Goce
peyki Yerdən 255
kilometr uzaqlıqda yerləşir.
Bu müşahidə, Geophysical
Resarch Letters adlı
elmi jurnalda nəşr olunub.
Zəlzələlərin kosmosa bu
cür aşağı səviyyəli
səs dalğaları göndərdiyi
əvvəllər də kəşf edilmişdi
lakin bu vəziyyət
indiyə qədər orbitdəki
heç bir kosmos vasitəsi
tərəfindən qeydə
alınmamışdı.
Vulkanlar,
zəlzələlər,
qasırğalar və meteroit
düşmələri insanların qəbul edə
biləcəyi səs səviyəsindən
zəif səs dalğalarına
səbəb olur.
Balina, fil
kimi heyvanların bu
zəif səs səviyyələri
vasitəsilə ünsiyyət qurduğu
düşünülür. Xatırladaq ki, Yaponiyada
iki il əvvəl baş
verən Tohoku zəlzələsi
və ardınca reallaşan
sunami 15 min
nəfərin ölümünə səbəb
olmuşdu.