Əlaqə Arxiv
news Image
2018.10.23
13:14
| A A A
Yeni ana olmuş qadın yenə əməliyyat olundu - Həkimlər təəccübləndi- FOTO

25 yaşlı Suman Prasad ötən həftə ilk övladını dünyaya gətirmişdi.

Oğul anası olmuş Suman doğuşdan sonra qarnındakı güclü sancılardan və küt ağrılardan şikayətlənirdi.

Movqe.az milli.az-a istinadən bildirir ki, 25 yaşlı gənc ana hospitala müayinəyə aparılıb.

Həkimlər onun bağırsaqlarında saç topası olduğunu deyiblər.

S.Prasad əməliyyat olunub və onun qarnından 1,36 kq ağırlıqda saç topası çıxarılıb.

Həkimlərin dediklərinə görə, pasiyentlərində "Rapunzel sindromu" kimi tanınan trixotillomaniya adlı xəstəlik olub.

Rapunzel sindromlu insanlar sürəkli olaraq saçlarını yeyirlər və nəticədə onların bağırsaqlarında saç topası yaranır.

 

Belə topalar "bezoar" adlanır, çünki nazik  və yoğun bağırsaqlarda formalaşaraq mədəyədək çatır.

Sizin Reklam Yeriniz