Ağ Evə hakker şoku
Movqe.az xəbər verir ki, ABŞ-da
kompüter piratları,
aralarında Mişel Obama,
vitse-prezident Biden və
Beyons kimi müğənnilərin
olduğu 17 məşhur
nəfərin kredit kartı
məlumatlarını internetdə
yayımlayıb. Virtual dünyada
bir çox nəfərin şəxsi
məlumatlarını ələ keçirən
hakerlərin son hədəfi
ABŞ-da siyasət,
iş və əyləncə
dünyasının məşhurları olub.
Hələ şəxsiyyəti təsbit
edilə bilməyən bir hakker,
aralarında First Lady
Mişel Obama, vitse-prezident
Coe Biden, keçmiş
Xarici işlər Naziri Hilari
Klinton, TV ulduzu
Kim Kardaşian,
müğənni ər-arvad Beyons
və Jay-Zinin də olduğu 17
nəfərin kredit kartlarının
fərdi məlumatlarını əldə
edib. FBI, istintaq
başladıb. Xəbərlərə görə
hakkerlər, diqqətlə
seçdikləri məşhurların
sosial sığorta nömrələri,
daşınmaz hesabları, bank
hesabları,
avtomobil kredit hesabları
və kredit kartı
məlumatlarını aşkar edib. FBI rəhbəri
Mueller, Paris Hilton,
Aşton Kutcher, Britney
Spirs, Mel
Gibson, qadın
siyasətçi Sarah Palin,
Hulk Hoqan və
aktyor-keçmiş Kaliforniya
qubernatoru Arnold
Şvarzenegger və iş adamı
Donald Trumpunun da
siyahıda olduğu qeyd
edilib.