Dünyanın ən böyük təbii qaz anbarı
Movqe.az xəbər verir ki, dünyanın
ən böyük maye təbii
qaz anbarı, Yaponiyanın
paytaxtı Tokio
yaxınlığındakı Yokohamada
inşa edilir. Deponun
inşası iyul ayında
bitəcək.Yaponiya, 2
il əvvəl baş verən
radiasiya sızıntısından
sonra nüvə stansiyalarını
bağlamasıyla enerji sahəsində
böyük nisbətdə xaricdən
asılı hala gəlmişdi.
Neft və təbii qazı
daha çox idxal
etməyə başlayan Tokio,
bunları saxlayacaq anbar
ehtiyac da duymağa
başlayıb. Tokio Qaz
şirkəti, dünyanın
ən böyük maye təbii
qaz anbarını Yokohamada
inşa edir. 62
metr dərinliyindəki anbar,
250 milyon litr
maye təbii qaz tuta bilir.
Bunun 360 min
evin, bir illik
ehtiyacına cavab verdiyi
bildirilib.
Rəsmilər, deponun içini
də 2 millimetr
qalınlığındakı polad ilə
örtərək mümkün bir
sızıntının qarşısını da
almış sayılır.
Deponun istehsalı iyul
ayında bitəcək.
Şirkət isə noyabr
ayında bu depoyu
istifadə etməyə başlayacaq.