Əlaqə Arxiv
news Image
2013.03.14
11:06
| A A A
Morqda yarılan xəstə canlandı
Movqe.az xəbər verir ki, Rusiyada öldüyü zənn edilərək meyitxanaya aparılan xəstə yarılmada canlanıb, amma bu dəfə hipotermi(yarılma) nəticəsində həlak olub. Rus mətbuatı, 4 Fevralda öldüzənn edilərək ölkənin qərbində yerləşən Pskov bölgəsindəki meyitxanaya aparılan 57 yaşlı xəstənin, yarılma əsnasında ürəyinin döyündüyünü yazıb. 6 Fevralda edilən yarılma əsnasında, göz bəbəklərinin işığa reaksiya verdiyi qeyd edilən xəstənin bədən istiliyinin da normal səviyyədə olduğu bildirilib. Xəstənin, yarılma masasında edilən müdaxiləyə baxmayaraq hipotermi səbəbiylə öldüyü ifadə edilib. Ölkədə təsirli olan soyuq hava səbəbiylə morqun soyudulmadığı, bu səbəbdən xəstənin bədən istiliyini qoruya bildiyi qeyd edilib. Adı açıqlanmayan xəstənin 4 Fevralda ürək tutması səbəbiylə xəstəxanaya, buradan da meyitxanaya qaldırıldığı qeyd edilib.
Sizin Reklam Yeriniz