Əlaqə Arxiv
news Image
2017.12.25
13:20
| A A A
Xoşbəxtliyin SİRRİ ÇÖZÜLDÜ: sən demə... - 75 illik ARAŞDIRMA

"Münasibətlər nə qədər yaxşı olarsa, insanlar o qədər sağlam və xoşbəxt olur".

Movqe.az xəbər verir ki, Harvard Universitetinin alimləri 75 il əvvəl başladıqları araşdırma nəticəsində bu qənaətə gəliblər.

Bu universitet tərəfindən aparılan ən böyük araşdırma hesab edilir. 1938-ci ildən başlayan araşdırmada iştirak edənlərin 60-ı hələ də, həyatdadır. 724 kişi üzərində aparılan araşdırmada iki qrup insan müayinə edilib. Birinci qrupda Harvard Universitetində oxuyan ikinci kurs tələbələri, ikinci qrupda Boston şəhərində yoxsul bir bölgədə yaşayan uşaqlar təcrübəyə cəlb edilib.
Alimlər hər iki qrup üzvləri ilə müsahibələr edib, anketlər doldurub, beyin fəaliyyətini incələyib, qan nümunələrini götürüb, tibbi məlumatlarını incələyib, ailələri ilə görüşüblər.

 

Zamanla bu araşdırmaya həmin şəxslərin həyat yoldaşları və uşaqları da cəlb edilib. İlk dəfə olaraq keçirilən bu cür araşdırma nəticəsində maraqlı məqamlar əldə olunub. Ən önəmli nəticə isə yaxşı münasibətlərin insanları daha xoşbəxt və sağlam etməsidir.

Yaxınları ilə münasibətləri pis olan və ya tək yaşayan insanlar daha çox dərd çəkir. Həmçinin onlar sağlam olmur, həyatdan da məmnun qalmırlar. (publika.az)

Sizin Reklam Yeriniz