Əlaqə Arxiv
news Image
2017.12.29
13:25
| A A A
Beyni 11 yaş cavanlaşdırmanın yolları

ABŞ-da aparılan bir araşdırmaya görə, hər gün yaşıl tərəvəz yeyənlərin yaddaş və zəka sınaqlarında daha müvəffəqiyyətli olduğu müəyyən edildi.

Movqe.az deyerler.org-a istinadən bildirir ki, bir boşqab salat, beyni 11 il gənc saxlayır və yaddaş itkisini önləyir. Hər gün bir boşqab yaşıl tərəvəz istehlak edənlərin beyinlərinin, yeməyənlərə görə 11 il daha gənc olduğu aydın oldu.
 
Çikaqodakı Raş Universitetinin tibb mərkəzindən dr. Marta Kler Morris və qrupu, 81 yaş çərçivəsində olan və yaddaşı itirmə əlaməti göstərməyən 960 insanın yemək vərdişlərini müşahidə etdi. Bu şəxslərin düşünmə və yaddaş bacarıqları hər il yoxlanılaraq, təqribən 4.7 il izlənildi. İştirakçılar bundan əlavə qida sıxlığı (kələm, kahı, salat boşqabı) anketi tamamladılar.
 
Araşdırma, yaşıl yarpaqlı tərəvəzlərin hansı sıxlıqda yeyildiyini əsas götürərək iştirakçıları beş qrupa ayırdı və ən çox yeyənlər (gündəlik orta hesabla 1.3 boşqab) və ən az yeyənlər (gündəlik 0.1 boşqab) olaraq bu fərdlərin göstəricilərini müqayisə etdi.
Qrupun hamısının 10 ilin sonunda düşünmə və yaddaş qabiliyyətləri 0.8 nisbətində geriləyərkən; bu nisbət ən çox yaşıl tərəvəz istehlak edənlərdə 0.5 nisbətində çıxdı. Araşdırmaçılara görə, bu 11 il daha gənc bir beyin mənasını verir.
 
"İşin nəticələri, yaşıl yarpaqlı tərəvəz yeməyin beyin yaşlanmasını yavaşlatdığını sübut etməz, ancaq aralarında bir əlaqə olduğunu göstərir", - deyə dr. Morris bildirdi.

 

Sizin Reklam Yeriniz