Kişmişin hansı faydaları var?
Xüsusi üzüm növündən hazırlanan bu çərəz növünün bir çox faydalı
xüsusiyyətləri var. Tərkibi A, B1,B2, B3 vitaminləri, retinol,
kalsium, kalium, natrium, dəmir,mis, maqnezium, bor və amin
turşularıyla zəngindir.
Kişmiş A vitamini ilə zəngin olduğuna görə, gözlərə yaxşı təsir
göstərir. Tərkibində olan bor beyin funksiyalarını gücləndirir,
maqnezium isə, sümük və sinir hüceyrələrini, ürək döyüntüsünü
tənzimləyir. Tərkibindəki dəmirin zənginliyi sayəsində qanazlığına
güclü təsir göstərir.
Kişmiş yaddaşı möhkəmləndirir, cinsi fəaliyyəti artırır. O,
sinəni yumşaldır, bəlğəmi aradan qaldırır.