Əlaqə Arxiv
news Image
2013.03.27
13:54
| A A A
Ən vitaminli qida məhsullarının adları açıqlandı

Alimlər tərkibində ən çox vitamin olan qida məhsullarının siyahısını müəyyənləşdiriblər. 


Aparılan tədqiqatlar nəticəsində məlum olub ki, birinci yerdə  yaşıl və bənövşəyi buruq kələm durur. Bu tərəvəzdə mədə-bağırsaq traktatı üçün vacib olan U vitamini var. Bundan başqa, kələmin tərkibi A, C, K vitaminləri və maqneziumla zəngindir. Mütamadi olaraq kələmdən  istifadə etmək dərinin vəziyyətinə müsbət təsir göstərir, həmçinin insana xoş əhval - ruhiyyə və enerji verir.



Siyahıda ikinci yeri paxla tutur. Bu faydalı məhsulun tərkibində ət və balığa yaxın miqdarda zülal var. Paxla müxtəlif turşular,karotin, С, B1, В2, В6, РР vitaminləri və antioksidantlarla da zəngindir.


Nəhayət, üçüncü yerdə delikates qida hesab olunan dəniz ilbizi durur.Tərkibi omeqa yağ turşuları, dəmir və sinklə bol olan bu qida məhsulu insan orqnizmi üçün çox faydalıdır. 


Bu məhsullardan başqa, alimlər mütamadi olaraq, əlavələr və şəkər qatılmayan qatıq içməyi, kartof, kivi və göbələk yeməyi də məsləhət görürlər.

Bu cür qida məhsulları ilə yazda avitaminozla qaşılaşmaq qeyri-mümkündür.


Sizin Reklam Yeriniz