Əlaqə Arxiv
news Image
2013.03.27
18:31
| A A A
Evdəki mübahisələr körpənin beyninə təsir edir

Evdə ana və atanın mübahisələrinə məruz qalan körpələrin beyin inkişafında problemlər olduğu təsbit edilib. Movqe.Az-ın məlumatına görə, Oregon Universitetinin elm adamlarının apardığı araşdırma, körpələrin yatarkən belə mübahisələrdən xəbərdar olduqlarını və "əsəbi səs tonu"ndan təsirləndiklərini göstərib. 6-12 aylıq 20 körpə, yuxu saatlarında laboratoriyaya gətiriliblər. Yatarkən körpələrə çox əsəbi, xoşbəxt və neytral tonda mənasız cümlələr dinlədilib və beyin görünüşləri araşdırılıb. Səs tonlarına uyğun olaraq körpələrin beyin fəaliyyətlərinin dəyişdiyi müşahidə olunub. Çox əsəbi ton dinlədilən körpələrin stress və hissləri ilə əlaqədar beyin bölgəsində çox hərəkətlilik təyin olunub. Xatırladaq ki, əvvəl heyvanlar üzərində də aparılan bu araşdırmada beynin bu bölgələrinin erkən dövrdəki stressdən təsirləndiyini göstərmişdi. Mütəxəssislər, nəticələrin uşaqlarda da eynilə bənzər vəziyyətin olduğunu ifadə edərək, körpələrin ana və atanın mübahisələrindən xəbərsiz olmadığını vurğulayıblar.

Sizin Reklam Yeriniz