Əlaqə Arxiv
news Image
2013.03.27
17:23
| A A A
Onlayn xəbər saytları ödənişli olacaq?
Movqe.az "The Sun"a istinadən xəbər verir ki, İngiltərənin ən çox sataılan tabloid qəzeti "Sun" internet xəbər səhifəsini ödənişli etməyə hazırlaşır. Ölkənin qabaqcıl "ciddi" qəzetlərindən Daily Telegraph isə online saytındakı xəbərlər üçün "oxuduqca ödə" sistemini gətirir. "The Sun"ın  asılı olduğu media qrupu "News International" (NI) tərəfindən edilən şərhdə, 2013-cü ilin ikinci yarısından etibarən qəzetin onlayn saytının ödənişli olacağı bildirilib. Qəzetin internet saytına abunə olanlar, Premyer Liqası matçlarının xülasə görüntülərini "Sun Online"dan izləyə biləcək. Gündəlik 2,4 milyon tiraja sahib olan qəzetin internet səhifəsi, hər ay 30 milyon istifadəçi tərəfindən ziyarət edilir.
Sizin Reklam Yeriniz