Əlaqə Arxiv
news Image
2018.06.11
12:39
| A A A
Kosmosda qara materiyasız şəffaf qalaktika kəşf olunub

Astronomlar ilk dəfə qara materiyasız, işıq və enerjini əks etdirən qalaktika kəşf ediblər. Trend-in məlumatına görə, alimlər hesab edirlər ki, yeni qalaktika Yer planetinin də daxil olduğu Süd yolu qalaktikasının yerləşdiyi fəza sisteminin fundamental hissəsidir.

Bildirilir ki, “NGC1052-DF2” yeni qalaktika kosmosda ulduz sisteminin formalaşmasını anlamaq üçün inqilab kimi qəbul oluna bilər. Yel Universitetinin astronomu Peter van Dokkum “Nature” jurnalında dərc olunan məqaləsində qeyd edib ki, bu kəşf alimlərin qara materiyasız qalaktikanın olmaması barədə fərziyyələrini alt-üst edəcək. Astronom qeyd edib ki, yeni qalaktika Yer planetindən 65 milyon işıq ili uzaqda yerləşir və qaz kütləsi olmayan parlaq ulduzlar toplusu şəklində görünür. Süd yolu qalaktikası ilə eyni ölçüdə olmasına rəğmən, “NGC1052-DF2”də ulduzların sayı 250 dəfə azdır. Belə ki, bizim Kəhkəşanda 100 milyard, yeni qalaktikada isə 400 milyon ulduz var.

 

 

 

 

 

Sizin Reklam Yeriniz