Əlaqə Arxiv
news Image
2018.04.18
17:56
| A A A
Təyyarədə ayaq üstə getmək mümkün olacaq

Almaniyada keçirilmiş “Aircraft Interiors Expo” sərgisində təyyarədə ayaqüstü yerlərin prototipi təqdim olunub.

Movqe.az-ın məlumatına görə, at yəhərini xatırladan “oturacaqlar” şaquli dayaqla təchiz olunub.

Bu cür yerlərdə sərnişinlər yumşaq dayağa söykənməklə ayaqüstü gedə biləcəklər.

 

İstehsalçıların fikrincə, bu layihə təyyarələrin sərnişin tutumunu 20 faizədək artıra bilər.

Bu yerlər qısa məsafələrə uçuşlar zamanı istifadə oluna bilər. Artıq Kolumbiyanın “VivaColombia” və İrlandiyanın “Ryanair” aviaşirkətləri bu məhsula maraq göstərdiyini açıqlayıb.

Sizin Reklam Yeriniz