"Apple"ın yeni patent müraciəti mübahisələrə səbəb olub
Movqe.az xəbər verir ki, Apple tərəfindən
edilən bir patent
müraciəti, şirkətin
"Google"ın xəritə tətbiqi
"Google Maps" a rəqib
olacaq bir proqram inkişaf
etdirəcəyi söz-söhbətlərini yayıb.
"Apple"ın ABŞ Patent və
Marka Ofisinə etdiyi müraciətə
görə şirkət, "Google"ın
xəritə tətbiqində 2007-ci ildən
bəri istifadə etdiyi "street
view" (küçə görüntüsü)
texnologiyasına çox yaxın
proqramın patentini almaq
üçün müraciət edib.
Məlumatlara görə "Apple"ın
tətbiqi istifadəçilərə
"Google"ın küçə görüntüsü
texnologiyasından daha
çoxunu təqdim edəcək. Apple
tətbiqində cihazın kamera
və sensor funksiyası olduqca
artacaq. Təkmilləşdiriləcək
bir interfeys sayəsində
sensorların köməyiylə küçə
görüntüləri panaromik olaraq görülə
biləcək və kamera köməyiylə
cihaz sağa-sola hərəkət
etdirilərək küçələri görüntüləyə
biləcək. Müraciətə görə
tətbiqin fərqli cihazlarda
ünsiyyət quraraq qarşılıqlı fəaliyyətindən
də bəhs edilir. Buna görə
bir neçə ağıllı telefonu yan-yana
qoyaraq daha böyük
bir panaromik görüntü
təmin edilə bilər.