Əlaqə Arxiv
news Image
2012.04.30
11:45
| A A A
Sevgilisinin dişlərini sökdü

Mövqe.az xəbər verir ki, Polşada stomatoloq vəzifəsində işləyən Anna Makoviak onu başqa bir qadınla aldadan və tərk edən sevgilisi Marek Olszevskidən çox dəhşətli şəkildə qisas alıb. Beləki o, diş ağrısı səbəbilə müayinəyə gələn keçmiş sevgilisinin bütün dişlərini söküb. Ağrı hiss etməməsi üçünsə yüksək dozalı narkoz tətbiq edib.

Evə gedən kimi aynaya baxan Marek ağzında heç bir dişinin olmadığını görüb. Marek: " Nəyinsə yolunda olmadığını anlamışdım. Çünki oyananda dişlərimi hiss etmirdim. Lakin ondan şübhələnməyim üçün də bir səbəb yox idi". Marek dişsiz olduğu üçün yeni sevgilisi onu terk edib. Məhkəmə isə Annaya 3 il həbs cəzası verib.


Əfqanə Məzahirqızı


Sizin Reklam Yeriniz