Əlaqə Arxiv
news Image
2012.04.30
14:36
| A A A
Ölkənin ilk üç varlısından ikisi rusdu

Mövqe.az xəbər verir ki, Əslən özbək olan və Rusiyada yaşayan Alişer Usmanov və Roman Abromoviç İngiltərənin varlılar siyahısında ilk 3 yerə daxil edilib. Mövqe.az "Sunday Times" qəzetinə istinadən bildirir ki, qəzetdə nəşr edilən İngiltərənin ən zəngin 1000 adamı siyahısında ilk sırada 20.6 milyard dollar sərvəti olan  Laksşmi Mittal qərarlaşıb.  Mittal ötən ildən bu yana sərvətinin 27 %-ni itirsə də 7 dəfə İngiltərənin ən varlı iş adamı olmağı bacarıb. İkinci yerdə isə 20 milyard dollar sərvəti olan Alişer Usmanov dayanır. Çelsinin sahibi və neft baronu olan Roman Abromoviç isə 15.4 milyard dollar sərvəti ilə üçüncü sırada yer alıb. Xatırladaq ki, Abromoviç də ötən il sərvətində 1.3 milyar dollar itki yaşayıb. İngiltərənin ən zəngin iş adamlarının sərvətlərinin ümumi cəmi 673.5 milyard dollardı. Ölkədəki  milyarderlərin sayı 73-dən 75-ə yüksəlsə də son 12 ayda milyarderlər sərvətlərinin 4.7 %-ni itirib.


Əfqanə Məzahirqızı


Sizin Reklam Yeriniz