Çində brilyant ayaqqabılar nümayiş etdirilib
Çinin Şanxay şəhərində sərgi zamanı tamamilə brilyantlarla örtülmüş ayaqqabılar nümayiş etdirilib.
Movqe.az-ın məlumatına görə, ayaqqabıların dəyəri 4,3 milyon dollar həcmində ölçülür.
Qeyd olunur ki, ayaqqabılar 10 min çəhrayı rəngli brilyantlarla örtülüb.
Həmin ayaqqabıların brilyantlarla bəzədilməsi ümumilikdə 360 saatı əhatə edib.