Mövqe.az "Daily Mail" qəzetinə istinadən xəbər verir ki, astronomlar ötən 50 il müddətində kosmosa göndərilən super teleskoplar sayəsində kainatla bağlı olan məlumatları daha da artırıb. Elm adamlarının keşf etdiyi məlumatlar " Guinness kainat rekordları kitabı"nda dərc olunub. Onlardan bəziləri…
- Bir ili 10 saat: "Sweep 10" deyə adlandırılan planet, günəşə sadecə 1.4 milyon kilometr uzaqda yerləşir. Buna görə də öz ulduzu ətrafında çox sürətlə fırlanır və bir ili yalnız 10 saatda tamamlayır.
- Kainatın ən böyük göbələyi: İndiyə kimi kəşf edilən ən böyük planet dünyadan 14 işıq ili uzaqlıqda yerləşən TrES-4 adlı planetdir. Günəş sisteminin ən öyük ulduzu olan Yupiterdən 1.7 dəfə böyükdür.
- Planetin sıxlığı göbələkdən böyük deyil.
- 1.3 milyard yaşlı planet: Methusela ( və ya elmi adıyla PSR B1620-26b), bu günə kimi kəşf edilən ən yaşlı planetdir. Bu planet Dünyadan 8 milyard il əvvəl yaranıb, 12.7 milyard yaşındadır və " Kainatın Babaları" arasında yer tutur.
- Ən gənc planet: Super teleskopların kəşf etdiyi ən gənc planet ən az 1 milyon il bundan əvvəl yarandığı güman edilən Tau planetidir.
- Kainatın ən isti planeti: bu planetə yaxınlaşmaq belə mümkün deyil. Vasp-12b adlı planetin səth istiliyi 2 min 200 dərəcədir.
- Kainatın ən soyuq planeti: Bu planet dünyadan 28 min işıq ili uzaqlıqdadır. Səth istiliyi isə -220 dərəcəni keçmir.
Əfqanə Məzahirqızı