Əlaqə Arxiv
news Image
2019.03.20
17:15
| A A A
Fiziki aktivlik ölüm riskini azaldır

Həftədə bir dəfə gəzinti ürək çatışmazlığı, insult və xərçəng səbəbindən baş verə biləcək erkən ölüm riskini azaldır.

Movqe.az Sputnik Azərbaycan-a istinadla xəbər verir ki, aparılan araşdırma zamanı 90000 insan barədə məlumatlar öyrənilib. Məlum olub ki, həftədə bir dəfə 10 dəqiqə təmiz havada gəzmək 18 faiz erkən ölüm riskini azaldır. Həftədə 2,5-5 saat fiziki aktivlik bu riski 31 faiz, 25 saat isə 50 faiz azaldır.

Araşdırmanın müəllifləri qeyd edib ki, uzun müddətli, ancaq çox da aktiv olmayan hərəkətləri qısa müddətli aktiv hərəkətlərlə əvəz etmək olar. Ancaq elə etmək lazımdır ki, orqanizm yetərli qədər yüklənsin. Alimlərin fikrincə, qaçış, piyada gəzmək, velosiped sürmək və müxtəlif məşqlər daha effektlidir.

Sizin Reklam Yeriniz