Əlaqə Arxiv
news Image
2012.05.04
11:24
| A A A
120 milyon dollara satılan “Qışqırıq”

Movqe.az xəbər verir ki, Norveçli rəssam Edvard Muçun "Qışqırıq" adlı rəsm əsəri Nyu Yorkda 119.9 milyon dollara satılıb.

1985-ci ildə tamamlanan bu rəsm, bir hərracda satılan ən bahalı sənət əsəri olub.

"Sotheby's" hərracında 50 milyon dollardan başlayan hərrac 12 dəqiqə davam edib.

Əsərin satışından əldə olunann pul Edvard Muchün şərəfinə açılacaq muzey, otel və incəsənət mərkəzi üçün istifadə olunacaq. Əsər üçün yeddi adam yarışıb.Ancaq mübarizə son dəqiqələrdə hərraca telefonla qatılan iki adam arasında keçib.

Bu rəsm əsərinin 4 versiyası var. Digər 3 versiyalar Norveçdəki muzeylərdə saxlanılır.

Xatırladaq ki,  daha əvvəl muzeydə satılan ən bahalı əsər rekordu Pikassonun "Çılpaq, yaşıl yarpaqlar və büst " adlı sənət nümunəsinə aid olub.


Ziba Yusifova

Movqe.Az


Sizin Reklam Yeriniz