Əlaqə Arxiv
news Image
2019.05.06
20:07
| A A A
31 ildir fasiləsiz oruc tutan adam: “Heç vaxt xəstələnməmişəm”

Türkiyədə yaşayan Osman Ay artıq 31 ildir ki, fasiləsiz oruc tutur.

Movqe.az Medicina.az-a istinadən xəbər verir ki, Osman Ay yalnız Ramazan Bayramının ilk günü və Qurban Bayramının 4 günü oruc olmur.
Osman Ay bildirib ki, 31 ildir xəstələnmir: "Artıq 34 ildir ki, özümə aid olan bu marketi işlədirəm və 31 ildir oruc tuturam. Heç vaxt xəstələnməmişəm. Əvvəllər hər il üç ay oruc tuturdum. Sonra gördüm ki, səhhətimə, sağlamlığıma heç bir problem yaratmır, ömürlük tutmağa qərar verdim. Əslində, heç bu qədər tuta biləcəyimi düşünmürdüm. Amma Allah böyükdür. Uzun, isti günləri heç bilmirəm necə keçirirəm. Məni belə görən insanlar təəccüblənir. Hamı mənə "oruc tutan adam” deyir”.
 
 Bütün oruc tutan insanlara məsləhət verən Osman Ay deyir ki, insan özünün həkimi olmalıdır: "Mən həmişə demişəm ki, hər insan özünün həkimi olmalıdır. Allah insana daşıya bilməyəcəyi yükü verməz. Məhəmməd peyğəmbər də oruc tutun deyir. İnsanın bədəninin zəkatı da orucdur. Mən hər gün sübhdən gəlib, axşama qədər marketdə işləyirəm. Özümü çox yaxşı hiss edirəm. Heç tətil, istirahət günüm də olmur. Bütün insanlara deyirəm ki, maddi nemətlərlə yox, mənəvi qidalarla özünüzü doyurun. Hər şeyin normadan artığı ziyandır”.

 

Sizin Reklam Yeriniz