Əlaqə Arxiv
news Image
2013.05.13
13:17
| A A A
Qarpızın 7 əsas faydası
Tərkibindəki C vitamini, likopen ve digər güclü antioksidanların sayəsində orqanizmin təbii müdafiəsini artırır.

Mövqe.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, qarpız sərinləşdirici meyvə olmaqla yanaşı,  həm də insan orqnizmi üçün çoxlu faydaları var. 



Qida dəyəri


150 qram qarpızın 92 %-i sudur. Tərkibində 12 qram karbonhidrat, 1 qram zülal və 2% lif,  A, C və  B1 vitaminləri var.  Kalium baxımından zəngindir. Bundan başqa qarpızın rərkibinə fermentlər, üzvi turşular və təbii şəkər də daxildir. Amma,  hər şeydən əvvəl, antioksidantlarla son dərəcə boldur. 



Antioksidantdır


Qarpız C vitamini və likopen, beta-karoten, lutein, zeaksantin və kriptoksantin kimi antioksidant falvonoidlərin mükəmməl bir qaynağıdır. Bu güclü antioksidantlar yaşlanma və xəstəliyin qarşısını almaqda əhəmiyyətli bir qoruyucu olaraq qəbul edilir, sərbəst radikallara qarşı bədənimizi müdafiə etmək qabiliyyətinə malikdir. 



Nəmləndirir


Dehidratasiya (susuzlaşma) təhlükəsini azaldaraq, bədənin tərləmə yoluyla itirdiyi maye və mineralların yerinə gəlməsinə köməkçi olur. Yaz susuzluğunu aradan qaldırmaq üçün mükəmməl bir meyvədir.




Sidikqovucudur


Orqanizmdə olan zərərli toksinlərin xaric edilməsində kömək olur. Sidikqovucu xüsusiyyətlərə malikdir. Qaraciyəri təmizləyir, böyrəyin funksiyasını yaxşılaşdırır. 




Enerji verir


Qarpız vitamin B6 ve B1 və təbii enerji gücləndiricilərə malikdir.Maqnezium və kalium kimi mineralların zəngin mənbəyidir. 




İmmunitet sistemi


Tərkibindəki  C vitamini, likopen ve digər güclü  antioksidanların sayəsində  orqanizmin təbii müdafiəsini artırır. Bütün bu birləşmələrin xəstəlikləri önləyən sərbəst radikal zərərinə qarşı bədənimizi qorumaq və immunitet sistemini gücləndirmək üçün mükəmməl bir qabiliyyəti var.




Gözlər


Qarpızın tərkibində olan likopen ve vitamin göz sağlamlığı üçün çox əhəmiyyətli birləşmələrdir. Onlar makula degenerasiyasını və digər göz  ilə bağlı problemlərə qarşı qorumanı təmin edir. Gözlər üçün çox faydalıdır.  




Təzyiq və ürək 


Tərkibində olan amin turşuları, maqnezium qan təzyiqini tarazlayır. Təzyiqi tənzimləyir və ürəklə bağlı problemləri olan xəstələrə çox faydalıdır. 


Sizin Reklam Yeriniz