Əlaqə Arxiv
news Image
2013.05.13
19:00
| A A A
"iPhone"un üzü tamamilə dəyişir

"Apple"ın gələcək ay təşkil ediləcək "WWDC" konfransında təklif edəcəyi yeni məhsullar arasında yer alan "iOS7"nin interfeysi haqqında bir video nümayiş olunub. Görünən o ki, "iPhone"nun üzü tamamilə yenilənəcək. Movqe.Az-ın məlumatına görə, "Apple"ın iOS 7 üçün yeni bir dizayn üzərində çalışdığı iddiaları gedərək güclənir. Yeni nəsil "iPhone" ilə birlikdə tanıdılması gözlənilən və 10-14 iyun tarixlərində təşkil ediləcək "WorldWide Developer Conference" (WWDC) fəaliyyətində təqdim ediləcəyi deyilən "iOS 7!, köhnə versiyalardan tamamilə uzaqlaşa bilər. İrlandiyalı rəqəmsal agentlik "Simply Zesty", hazırladığı videoda "iOS 7"nin sahib olacağı interfeysi tanıdıb. Videoda, tətbiq ikonlarının künclərindəki qıvrımların daha az olduğu görülür. Təqvim ənənəvi bir görünüşə sahib, musiqi funksiyasında parça siyahısı daha böyük başlıqlarla verilir.  "iOS 7"də olması gözlənilən bir diqqət çəkici xüsusiyyət, ikinci bir tətbiqin ekranın üzərindən açıla bilməsi və eyni ekranda üst və altda iki proqram istifadə edilməsidir. "Apple"ın gizlilik siyasəti, "WWDC"yə qədər yeni nəsil "iPhone" və "iOS 7" haqqında məlumat əldə edilməsini çətinləşdirsə də, iki məhsulun də konfransda təqdim edilməsi gözlənilir.

Sizin Reklam Yeriniz