Əlaqə Arxiv
news Image
2019.06.03
16:11
| A A A
ABŞ-da timsah pəncərədən evə girdi

ABŞ-ın Florida ştatında timsah evə girib.

Trend-in məlumatına görə, hadisə ştatın Kliruoter şəhərində baş verib. Belə ki, gecə saatlarında ev sahibləri yuxuda olarkən timsah mətbəxin yerin səviyyəsinə yaxın pəncərəsini sındıraraq evə daxil olub. Ev sahibləri onu aşkar edəndə, artıq timsah mətbəxdə hər şeyi dağıtmış olub.

Ev sahibləri dərhal polisə zəng vurub. Heç kəsə xəsarət yetirməyən timsahı tutmaq mümkün olub.

Qeyd edək ki, ABŞ-ın Florida ştatında, eləcə də Şimali və Cənubi Karolina, Corciya, Texas və Luizianada təxminən 4,5 metrlik timsahlar çoxluq təşkil edir.

Sizin Reklam Yeriniz