Movqe.az xəbər verir ki, Almaniyada məhkəmə, Google şirkəti əleyhinə açılan iddiada məşhur axtarış mühərrikinin fəaliyyətini yenidən nəzərdən keçirməsi lazım olduğuna qərar verib. Google"ın axtarış qutusuna hər hansı bir söz yazıldığında sistem avtomatik olaraq onunla əlaqədar ola biləcək digər sözlər təklif edir. Almaniyada bir iş adamı tərəfindən açılan iddianın səbəbi də sistemin bu "avtomatik söz mülahizəsi" xüsusiyyəti olub. İddianı açan iş adamı, "Google"ın axtarış qutusuna adını yazanda sistemin avtomatik olaraq "saxtakar" sözünü təklif etdiyini söyləyib. Bir başqa iddiada, tanınmış bir siyasətçinin arvadı da bənzər bir şikayətlə yenə "Google"ın axtarış qutusuna adını yazanda "fahişə" sözünün meydana çıxdığını söyləyib. Məhkəmə bununla bağlı tədbir görəcəyini bildirib. Məhkəmə qərarının Google üçün nə qədər məcburi olduğu hələlik məlum deyil.