Əlaqə Arxiv
news Image
2013.05.15
17:20
| A A A
Ana olmaq beyni inkişaf etdirir

ABŞ-da edilən bir araşdırma, uşaq sahibi olmağın qadınlarda beyinlərinin inkişaf etməsini təmin etdiyini məlum edib.  Movqe.Az-ın məlumatına görə, siçanlar üzərində edilən araşdırmalar, anaların stresslə daha yaxşı baş edə bildiyi, yaddaş tələb edən işlərdə daha yaxşı olduqları və problemləri daha yaxşı həll edə bildiklərini göstərib. ABŞ-lı bir bioloq, uşaq sahibi olan qadınların zamanla beyinlərinin böyüdüyünü və zəkalarının artdığını qeyd edib. "Longwood" Universitetinin bioloqu Adam Franssen və həmkarları, siçanlar üzərində etdikləri təcrübələrdə analığın beyni böyüdən və zəkanı artıran təsiri olduğunu ortaya çıxarıblar. "Smithsonian" jurnalına müsahibə verən Franssen, "Doğum etmiş siçanlarla digərlər siçanları eyni labirintə qoyduqda, doğum etmiş siçanların labirentdən daha sürətli çıxdığını görərsiniz" deyib. Franssen, beyindəki dəyişikliyin hamiləlik müddətində yaşandığına inanır. Beyindəki sinirlər böyüyərək daha çox zülal çıxarır və ya bir-birləri arasındakı ünsiyyəti artırır.Yaşanan dəyişikliklər anaların uşaqlarını qorumaq üçün hisslərini gücləndirir. Elm insanları, analarda əhəmiyyətli beyin zərərinin daha sürətli müalicə olduğunu da bildiriblər.  ABŞ-lı tədqiqatçı, "Ataların da daha ağıllı olması üçün nə edilməsi lazım olduğunu bilmək istəyirəm. Hormon müalicəsinin işə yaradığına və östrojen beynə köməkçi ola bildiyinə dair dəlil var. Ya da ana olmanın xaricində zəkanı artıra biləcək ekoloji faktorlar ola bilər" deyib.

Sizin Reklam Yeriniz