Əlaqə Arxiv
news Image
2013.05.15
16:20
| A A A
Kosmos texnologiyasıyla süni ürək hazırladılar

Movqe.az xəbər verir ki, Çində elm adamlarının kosmos texnologiyası istifadə edərək süni ürək inkişaf etdirdiyi, ürəyin yerləşdirildiyi qoyunun 62 gün yaşadığı bildirilib. Şinhua agentliyinin xəbərinə görə, süni ürəyin, Çin Atıcılıq alətləri Texnologiya Akademiyası və ölkənin şimalındakı Tiencin şəhərindəki TEDA Beynəlxalq Kardiyovaskulyar Xəstəxanası ilə ortaq şəkildə hazırlandığı qeyd edilib. Süni ürəkdə maqnetik asqı və hidrodinamik yataqlar istifadə edildiyi, hər iki ünsürün də kosmos texnologiyasında yer aldığı deyilib. Araşdırmaçılar, üçüncü nəsil ventrikulyar köməkçi cihazların mexaniki ürəyin funksiyalarını və ürəkdəki qan axışını dəstəklədiyini izah edib. "Tienciu" adlı qoyuna taxılan ürəyin ardınca, elm adamları bu təcrübənin digər implantasiya tətbiqlərinə bənzər xüsusiyyətdə olduğunu söyləyib.

Sizin Reklam Yeriniz