Əlaqə Arxiv
news Image
2013.05.16
14:08
| A A A
Ayran haqqında bilmədiklərimiz
İstilərlə bağlı orqanizminizin su itkisinin mənfi təsirlərini aradan qalıdırmaq üçün hər gün 1 stəkan ayran için

Mövqe.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, yay aylarında isti havanın təsiriylə artan nəfəs daralması, baş ağrısı, təzyiq düşməsi kimi halların qarşısını almaq üçün mütəxəssislər ayranı məsləhət görürlər. 


Mütəxəssislər belə hesab edirlər ki, ayran isti yay günlərində bədənin maye balansının qorunması və tər yoluyla itirilən su və mineralın bərpası baxımından böyük əhəmiyyət daşıyır və sağlamlıq üçün də  son dərəcə faydalı bir içkidir. Milli mətbəximizin ən köhnə və məşhur içkisi olan ayranın tərkibi kalsium, kalium, zülal, A, B12, D, B2 və B6 vitaminləri ilə zəngindir. Bu içki bütün yaş dövründə olan insanlara faydalıdır.



Ayran tərkibində olan qatıq bakteriyaları sayəsində, çox faydalı bir içkidir. Heç bir əks təsiri yoxdur. B vitaminləri ilə zəngin olan ayran yuxusuzluğa, narahatlığa, və stressə kömək ola bilir, serotonin kimi hormonların istehsalı üçün faydalıdır. 


Ayranın antioksidant xüsusiyyətləri var. Mədə-bağırsaqlarda olan bakteriyaları təmizləyir. Zəhərlənmələrdə ayrandan istifadə olunur.  


Bu sərinləşdirici içki immunitet sistemini möhkəmləndirir, xərçəgin yaranma riskini azaldır. Kalsiumla zəngin olduğundan sümük və dişlərə də faydalıdır. 




Sizin Reklam Yeriniz