Əlaqə Arxiv
news Image
2013.05.21
13:18
| A A A
Hansı yay meyvələri arıqladır?

Mövqe.az Türkiyə mətbuatına istinadən arıqladan yay meyvələrini sizə təqdim edir:



Çiyələk


Çiyələk həm C vitamini və antioksidantlar baxımından zəngin, həm də arıqladan meyvələr qrupuna daxil olan yay meyvəsidir. Bu meyvənin tərkibində yağyandırıcı bitki mənşəli hormon olan adiponektin maddəsi boldur. 



Manqo


ABŞ - da aparılan bir tədqiqat nəticəsində manqo ekstaraktı qəbul edən insanların 1 ayda 12 kilo arıqlaya bildikləri təsbit edilib. Manqoda olan karotenoid və flavonoid kimi antioksidantlar həm immunitet sistemini gücləndirir, həm də yağyandırıcı xüsusiyyətlərə malikdir. 1 manqoda 50 kalori var. 



Şaftalı


Şaftalı liflə zəngin olub, maddələr mübadiləsini sürətləndirir. Səhər yeməyindən qabaq və axşam yeməyindən sonra yarım şaftalı yemək məsləhətdir. 



Ərik


Hazırki araşdırmalar əriyin ən yüksək və müxtəlif karotenoid səviyyəsinə malik olduğunu göstərir. Karotenoidlər ürək xəstəlikərinin qarşısını alan, qanda xolestrinin miqdarını aşağı salan və xərçəngə qarşı mübarizə aparan antioksidantlardır. Bundan başqa ərik kalium, dəmir və lif mənbəyidir. Xroniki qəbizliyi olanlar mütəmadi ərikdən istifadə etsələr, faydasını görərlər. 


Qarpız


C vitamini ilə zəngin olan qarpız, eyni zamanda beta-karotin tərkibi ilə də antioksidant təsirlidir. Tərkibində bol miqdarda su olduğundan arıqlamaq istəyənlər üçün ideal meyvədir. 


Sizin Reklam Yeriniz