Əlaqə Arxiv
news Image
2013.05.23
16:43
| A A A
Yaraşıqlı kişilər daha az xəstələnirlər

Elm adamları yaraşıqlı kişilərin immunitet sisteminin güclü olduğunu və bu səbəblə daha az soyuq dəyməyə tutulduqlarını söyləyiblər. Movqe.Az-ın məlumatına görə, Finlandiyadaki "Turku" Universitetinin elm adamları qadınlara cazibədar gələn kişilər ilə daha az cazibədar olan kişiləri araşdırıblar. Araşdırmanın axırında yaraşıqlı kişilərin daha az soyuq dəyməyə tutulduğu ortaya çıxıb. Mütəxəssislər eyni vəziyyətin gözəl qadınlar üçün etibarlı olmadığını söyləyiblər. Araşdırmanın rəhbəri Dr.Markus Rantala "kişilərin əksinə qadınların immunitet reaksiyasının (anticisim istehsal gücü) üzlərinin cazibədarlığı ilə əlaqəli olmadığını gördük" deyib.

Sizin Reklam Yeriniz